获取下载链接
歌词

作词 : Oqtay Əhmədov

作曲 : Ədalət Şükürov

Sənin adın nədir, ay gözəl?

Sənin adına qurban olum

Dayan, söyləyim sənə qəzəl

Qoyma məni bir gültək solum

Ay qız, keçmə bizim məhlədən

Hamı baxıb sənə heyran olur

Nə olar, bir söz alım səndən

Dayan, getmə, incimə məndən

Dünya sənindir, gözəl

Aləm sənindir

Sevgi bir baldır, gözəl

O da sənin

Gözlər sənindir, gözəl

Sözlər sənindir

Vallah, bir ürəyim var

O da sənin

Nələr dedim, nə dillər tökdüm

Ay, gəldi, keçdi bizim məhlədən

Nə istəyirsən, denən, görüm

Göydə ulduzları da dərrəm

Ay qız, keçmə bizim məhlədən

Bu ürəkdə nələr var, nələr

Vahidin qəzəlləri məndən

Mən səndən bir söz alan olum

Dünya sənindir, gözəl

Aləm sənindir

Sevgi bir baldır, gözəl

O da sənin

Gözlər sənindir, gözəl

Sözlər sənindir

Vallah, bir ürəyim var

O da sənin

Badəm şərabla dolu

Sinəm sualla dolu

Nə üçün yazda açır gül

Payız gələndə solur?

Nə üçün bu dünyada

Xeyir və şər də olur?

Bir ömür şən olanda

O biri ömür qəmli olur

Badəm şərabla dolu

Sinəm sualla dolu

Nə üçün yazda açır gül

Payız gələndə solur?

Nə üçün bu dünyada

Xeyir və şər də olur?

Bir ömür şən olanda

O biri ömür qəmli olur

Düşündükcə bu həyat

Çətin gələr insana

Bu həyat asan gələr

Düşüncəsiz yaşayana

Bu həyat asan gələr

Düşüncəsiz yaşayana

Birisi xoşbəxtliyi var-dövlətdə görür

O biri aşiq olub sevgi-məhəbbətdə görür

Kimisi övladının gələcəyində görür

Kimisi uzun ömür və canı sağlıqda görür

Bir yaz axşamı yandırdım şamı

Neçə vaxtdır, görmürəm səni

Bir yaz axşamı taxdım nişanı

Sevgilim, sənin barmağına

Üzük qaşsız qaldı, qızıl da xal saldı

Güzgünü toz aldı, qayıtmadın

Bu şam bütün gecə sönür, yanır necə?

Sönməsin, gur yansın, bəlkə, gəldin

Ürəyim dup-dup döyünür hər dəfə

Sənin şəklini divarda görəndə

Qapını tuk-tuk-tuk kimsə döyəndə

Gedirəm açmağa, bəlkə, gəldin

Ürəyim dup-dup döyünür hər dəfə

Sənin şəklini divarda görəndə

Qapını tuk-tuk-tuk kimsə döyəndə

Gedirəm açmağa, bəlkə, gəldin